Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Mərkəzi Komandanlığı İrana məxsus hərbi hədəflərə zərbələr endirib

2 dəq
Paylaş:
ABŞ Mərkəzi Komandanlığı İrana məxsus hərbi hədəflərə zərbələr endirib

ABŞ Mərkəzi Komandanlığı () İran ərazisində həyata keçirilən əməliyyatla bağlı yeni məlumat yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, CENTCOM-un rəsmi “X” hesabında yayılan bəyanatda İranın bir sıra obyektlərinin yüksək dəqiqlikli silahlarla hədəfə alındığı bildirilib.

Açıqlamaya əsasən, əməliyyatın əsas məqsədi Hörmüz boğazında dəniz nəqliyyatına qarşı yaranan təhdidləri azaltmaq və bölgədə təhlükəsizliyi təmin etmək olub.

Bildirilib ki, nəticəsində İranın hava hücumundan müdafiə sistemləri, sahil radar mövqeləri, raket və pilotsuz uçuş aparatı (PUA) istehsalı obyektləri, eləcə də kiçik dəniz gəmiləri hədəfə alınıb.

CENTCOM qeyd edib ki, zamanı döyüş təyyarələri, hərbi gəmilər və kamikadze PUA-lardan istifadə olunub. Bundan əlavə, ilk dəfə olaraq kamikadze tipli pilotsuz dəniz vasitələrinin də tətbiq edildiyi açıqlanıb.

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazının qlobal ticarət üçün mühüm əhəmiyyət daşıyan strateji dəniz dəhlizi olduğunu vurğulayıb.

Açıqlamada qeyd olunub ki, İran bu bölgəyə nəzarət etmir və ABŞ qüvvələri dənizdə sərbəst hərəkət və gəmiçilik azadlığını qorumaq üçün hazırlıqlı vəziyyətdədir.

CENTCOM bildirib ki, ABŞ qüvvələri İranın “əsassız təcavüzü, təhdidləri və qeyri-qanuni bəyanatları” fonunda bölgədə sabitliyin qorunmasına çalışır.

Qeyd edək ki, ABŞ ordusu iyulun 7-si və 8-də də ticarət gəmilərinə qarşı təhdidlərin olduğu iddiası ilə İrana qarşı hərbi addımlar atdığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax