ABŞ və İsrail qüvvələri İrana qarşı növbəti hərbi zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "ISNA" yayıb.
Məlumata görə, yeni hava hücumları Tehranın şərq, qərb və cənub bölgələrində, məhz səhər azanı vaxtı ilə eyni saatda reallaşdırılıb. Hadisənin miqyası və dəymiş ziyan barədə hələlik rəsmi açıqlama verilməyib.
Bundan əlavə, "The Wall Street Journal" ("WSJ") qəzetinin yaydığı məlumatda maraqlı iddia yer alıb.
Bildirilir ki, İsrail tərəfi iranlı hərbçilər arasında iğtişaş yaratmaq məqsədilə ölkədə geniş istifadə olunan "BadeSaba Calendar" namaz vaxtı tətbiqini sındırıb. Tətbiq istifadəçilərinə fars dilində "kömək gəldi" məzmunlu bildirişlərin göndərildiyi qeyd olunur.