Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və Ekvador narkokartellərə qarşı birgə hərbi əməliyyata başlayıb

2 dəq
Paylaş:
ABŞ və Ekvador narkokartellərə qarşı birgə hərbi əməliyyata başlayıb

ABŞ və silahlı qüvvələri regionda narkotik ticarəti ilə məşğul olan qruplaşmalara qarşı birgə hərbi əməliyyatlara başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Pentaqonun Cənub Komandanlığı "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

Məlumata görə, əməliyyatların əsas məqsədi narkoterrorizmlə mübarizə aparmaq və regionda zorakılıq, və korrupsiyaya şərait yaradan strukturları zərərsizləşdirməkdir.

rəsmiləri bildiriblər ki, bu addımlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların cinayətkar qruplaşmalara qarşı qətiyyətli mübarizəsinin göstəricisidir.

ABŞ-nin Cənub Komandanlığının rəhbəri, general Frensis L. Donovan Ekvador hərbçilərinin cəsarətini yüksək qiymətləndirib:

"Biz Ekvador silahlı qüvvələrinin narkoterrorçulara qarşı nümayiş etdirdiyi qətiyyəti və sarsılmaz mübarizə əzmini alqışlayırıq".

Qeyd edək ki, ötən ilin sentyabr ayında Departamenti Ekvadorun iki ən böyük karteli olan "Los Lobos" və "Los Choneros" qruplaşmalarını xarici terror təşkilatları siyahısına daxil edib. Eyni zamanda, Ekvador də narkokartellərə qarşı əməliyyatların yeni mərhələsinə keçildiyini bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax