Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ursula fon der Lyayen 2029-cu ildə vəzifəsindən gedəcək: Detallar açıqlandı

2 dəq
Paylaş:
Ursula fon der Lyayen 2029-cu ildə vəzifəsindən gedəcək: Detallar açıqlandı

Avropa Komissiyasının (AK) sədri 2029-cu ildə keçiriləcək seçkilərdə üçüncü müddətə namizəd olmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri məsələ ilə bağlı məlumatlı olan iki yüksək vəzifəli rəsmiyə istinadən yayıb.

Məlumata görə, bu açıqlama AK rəhbərinin aparat rəhbəri Byorn Zaybert tərəfindən qapalı şam yeməyi zamanı səsləndirilib. Zaybertin bu bəyanatı verməkdə məqsədi Lyayenin qurum daxilində planlaşdırdığı struktur islahatlarının "hakimiyyəti ələ keçirmək" cəhdi kimi qiymətləndirilməsinin qarşısını almaq olub.

Beləliklə, rəhbərliyin mərkəzləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün onun üçüncü müddətə maraqlı olmadığı vurğulanıb.

Avropa Komissiyasının rəsmi nümayəndəsi isə mövzu ilə bağlı verdiyi açıqlamada diqqəti hazırkı gündəmə yönəldib:

  • Fon der Lyayenin hazırda yalnız cari mandatın icrasına və Avropanın qarşısında duran aktual problemlərin həllinə kökləndiyi bildirilib.
  • Qeyd olunub ki, bu problemlər sırasına "G7" sammiti və bu həftə keçiriləcək Avropa Şurasının iclası daxildir.
  • Nümayəndə əlavə edib ki, 2029-cu ilin perspektivləri barədə düşünmək üçün hələ vaxt var.

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı ölkələrinin "Avropa Xarici Fəaliyyət "ndə (EEAS) və onun rəhbəri Kaya Kallasın fəaliyyətindəki uğursuzluqlar səbəbindən diplomatik xidmətdə köklü islahatlar aparmağı müzakirə etdiyi barədə məlumatlar yayılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax