Operativ Məlumat Mərkəzi

Ursula fon der Lyayen və Tramp Davosda Ukrayna üzrə sülh danışıqlarını müzakirə edəcək

1 dəq
Paylaş:
Ursula fon der Lyayen və Tramp Davosda Ukrayna üzrə sülh danışıqlarını müzakirə edəcək

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ prezidenti Donald Tramp gələn həftə Davosda Ukraynadakı sülh danışıqlarını müzakirə etmək üçün görüşməyi planlaşdırırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İspaniyanın “El País” qəzeti Avropa İttifaqı daxilindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Davosda Dünya İqtisadi Forumu (WEF) yanvarın 19-dan 23-dək keçiriləcək və Ukrayna prezidenti Volodimir Zelenskinin də tədbirdə iştirakı gözlənilir.

Məlumata görə, Ursula fon der Leyenin Davosdakı çıxışı yanvarın 20-nə, Donald Trampla görüşü isə yanvarın 21-nə planlaşdırılıb.

Qəzet yazır ki, son günlər Brüsseldə ABŞ-nin Kiyevə dəstəyinin azalacağı ilə bağlı narahatlıqlar fonunda Avropa Komissiyasının prezidenti Qrenlandiya məsələsi ilə bağlı açıqlamalarında son dərəcə ehtiyatlı mövqe sərgiləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər