Universitetlərə yerləşdirmənin nəticələri AÇIQLANDI

Universitetlərə yerləşdirmənin nəticələri AÇIQLANDI
22.08.2024 23:39
Aa
dəq

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı “Abituriyent” jurnalının 6-cı sayında dərc olunacaq. Abituriyentlər jurnalı sabah günün ikinci yarısından etibarən əldə edə biləcəklər.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyət arzulayır.

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 28 avqust – 6 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

İxtisas qrupu

Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

Ödənişli

Dövlət sifarişi əsasında

Cəmi

I

4660 (1845)

13700 (1208)

18360 (3053)

II

9755 (3549)

4408 (0)

14163 (3549)

III

10498 (56)

4371 (0)

14869 (56)

IV

1061 (206)

3089 (330)

4150 (536)

V

2565 (52)

1549 (41)

4114 (93)

CƏMİ

28539 (5708)

27117 (1579)

55656 (7287)

Həftənin ən çox oxunanları

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb

Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
DAVAMIN OXU davamın oxu

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib

Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
DAVAMIN OXU davamın oxu

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib

İmişlidə şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si daxil olacaq
DAVAMIN OXU davamın oxu