Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Antonio Quterreş: Dünyada 800 milyona yaxın insan ifrat yoxsulluq içində yaşayır

2 dəq
Paylaş:
Antonio Quterreş: Dünyada 800 milyona yaxın insan ifrat yoxsulluq içində yaşayır

Dünyada təxminən 800 milyon insan hələ də ifrat şəraitində həyatını davam etdirir. Bu barədə BMT-nin Antonio Quterreşin Pekində təşkil olunan Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forumun iştirakçılarına ünvanladığı müraciətdə məlumat verilib.

Müraciətdə qeyd olunub ki, ucqar kənd yerlərindən tutmuş sıx məskunlaşmış şəhərətrafı ərazilərə qədər müxtəlif bölgələrdə yaşayan 800 milyon insan – qadınlar, uşaqlar və kişilər – ağır şəraitdə yaşamaqdadır. Quterreşin sözlərinə görə, bu insanların vəziyyəti aşağıdakı amillər səbəbindən daha da ağırlaşır:

  • Münaqişələr;
  • İqlim dəyişiklikləri;
  • Dərinləşən bərabərsizlik;
  • Ağır borc yükü.

BMT-nin Baş katibi hökumətləri bir sıra istiqamətlərdə tədbirlər görməyə çağırıb. Bura layiqli iş yerlərinin yaradılması, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışın təmin edilməsi, kənd yerlərinin dayanıqlı inkişafı və universal sistemlərinin qurulması daxildir.

Bundan əlavə, Antonio qlobal maliyyə sistemində islahatların zəruriliyini diqqətə çatdırıb. O, inkişaf etməkdə olan ölkələrin layihələrini maliyyələşdirmək üçün kifayət qədər fiskal imkanlara, həmçinin səviyyədə daha geniş dəstəyə və təmsilçiliyə ehtiyac duyduqlarını vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax