Operativ Məlumat Mərkəzi

Ukraynanın Vovçansk şəhərindəki son durum açıqlanıb

1 dəq
Paylaş:
Ukraynanın Vovçansk şəhərindəki son durum açıqlanıb
bu barədə “Xortitsya” operativ-strateji qoşun qruplaşmasının sözçüsü Nazar Voloşın telemarafonun efirində açıqlayıb. “İndi Müdafiə Qüvvələri Vovçansk...

Şiddətli döyüşlərin getdiyi Xarkovun şimalındakı Vovçansk şəhərinin 70 faizi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Hazırda yaşayış məntəqəsində və ətrafında işğalçı qüvvələrə qarşı döyüşlər aparılır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Faktı ICTV”yə istinadən xəbər verir ki, bu barədə “Xortitsya” operativ-strateji qoşun qruplaşmasının sözçüsü Nazar Voloşın telemarafonun efirində açıqlayıb.

“İndi Müdafiə Qüvvələri Vovçansk şəhərinə nəzarət edir, təxminən 70 faizinə. Şəhərdə və onun ətrafında işğalçılarla şiddətli döyüşlər gedir, oradakı rusiyalılar kiçik hücum qruplarında irəliləmək və ya möhkəmlənmək cəhdlərini dayandırmırlar”, – sözçü vurğulayıb.

Bundan başqa, rusiyalı hərbi müxbirlərin sözlərinə görə, adıçəkilən istiqamətdə Ukrayna qüvvələri “fəal əks-hücumlara başlayıblar”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər