Operativ Məlumat Mərkəzi

"Ukraynanın Aİ ölkələrinə qarşı dost mövqe tutacağına zəmanət yoxdur"

2 dəq
Paylaş:
"Ukraynanın Aİ ölkələrinə qarşı dost mövqe tutacağına zəmanət yoxdur"
{"az":"bunu Macarıstanın baş naziri Viktor Orban deyib. \"Ukrayna siyasi cəhətdən qeyri-sabit dövlətdir və onun necə hökumət olacağını heç kim deyə bilməz....","en":"","ru":""}

"Aİ-nin milyonluq Ukrayna ordusunu saxlamağa hazır olması Aİ ölkələrinin özləri üçün təhlükəsizliyə təhlükə yaradır, çünki Ukrayna qeyri-sabit dövlətdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Ukrayna siyasi cəhətdən qeyri-sabit dövlətdir və onun necə hökumət olacağını heç kim deyə bilməz. Müvafiq olaraq, Ukraynanın və buna görə də onun silahlı qüvvələrinin Aİ ölkələrinə qarşı dost mövqe tutacağına zəmanət yoxdur", - Orban bildirib.

Buna görə də Orban vurğulayıb ki, Aİ-nin Kiyevin təklif etdiyi milyonluq Ukrayna ordusunu maliyyələşdirməsi Avropa təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Macarıstan hökuməti münaqişənin lap əvvəlindən Ukraynaya silah verməkdən imtina edib və ona hərbi yardım göstərilməsinin əleyhinə çıxıb. Budapeşt Moskvanın hərəkətlərini pisləyib, lakin həmişə vurğulayıb ki, Ukrayna münaqişəsi döyüş meydanında həll oluna bilməz, ancaq danışıqlar yolu ilə həll edilməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər