Operativ Məlumat Mərkəzi

Ukrayna XİN başçısı: "İranla diplomatik əlaqələri hər an kəsə bilərik"

2 dəq
Paylaş:
Ukrayna XİN başçısı: "İranla diplomatik əlaqələri hər an kəsə bilərik"
bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib. Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq...

“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.

“Operativ Məlumat Mərkəzi - OMM" “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

D.Kuleba həmçinin İranın “qırmızı xətlər"i keçdiyini vurğulayıb: “Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır: “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər