“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçiriləcək görüş “Taxıl sazişi”nin bərpası üçün sonuncu şans olacaq”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı deyib.
O, buna əminliyini ifadə edib: “Biz bilirik ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş olacaq. Bu, əslində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıdıb-qayıtmayacağını öyrənmək üçün demək olar ki, son fürsət olacaq”.