Bu gecə “Qrup 13” xüsusi təyinatlısının Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum təşkil edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kəşfiyyat Baş İdarəsindən verilən yazılı açıqlamada bildirilib.
Açıqlamada hücumun Ukrayna Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin dəstəyi ilə həyata keçirildiyi bildirilib və Rusiya gəmisinin ön, sağ və sol tərəflərinin zədələndiyi qeyd edilib.
Açıqlamada gəminin Kerç boğazı yaxınlığındakı Ukrayna ərazi sularında vurulduğu bildirilib.