Ukrayna Qərbdən aldığı ballistik raketlərlə Rusiya ərazisini vurmayacağına söz verib

Ukrayna Qərbdən aldığı ballistik raketlərlə Rusiya ərazisini vurmayacağına söz verib
21.10.2023 16:33
Aa
dəq

Ukrayna Qərbdən aldığı ballistik raketlərlə Rusiya ərazisini vurmayacağına söz verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Kyodo News”a müsahibəsində deyib.

O bildirib ki, bununla bağlı şifahi razılıq əldə olunub: “Amma Moskva ətrafındakı hədəfləri yerli silahlarla vura bilərik”.

O.Danilov qeyd edib ki, Rusiya işğal olunmuş Ukrayna ərazilərini qaytarmaqdan imtina etdiyi müddətcə Moskva ilə atəşkəs barədə danışıqlar aparılmayacaq: "Qərbdən alacağımız F-16 qırıcı təyyarələrinin cəbhədəki durumunun əsaslı formada dəyişəcəyinə inanıram”.

Onun sözlərinə görə, işğal altındakı ərazilərin nə vaxt tamamilə azad ediləcəyi barədə proqnoz vermək çətindir.

Xatırladaq ki, daha əvvəl ABŞ Rusiyada istifadə olunmayacağı təqdirdə ATACAMS ballistik raketlərini Ukraynaya tədarük edəcəyini açıqlamışdı.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu