Döyüş bölgəsində olan Ukrayna Silahlı Qüvvələrində (AFU) artilleriya sursatları çatışmazlığı yaşanır.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Ukrayna dəstələrindən birinin komandiri nəşrə bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin artilleriyası son bir neçə həftə ərzində gündə iki mindən çox mərmi sərf etməyib.
Nəşr Ukrayna Silahlı Qüvvələrinin artilleriya briqadasının yüksək rütbəli zabitindən sitat gətirir: “Əslində kifayət qədər sursat yoxdur”.