Millətlər Liqasının qrup mərhələsinin IV turunda Ukrayna Macarıstanla qarşılaşıb. Görüş Macarıstan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Milan Tot və Mark Çinger fərqləniblər. Ukrayna yığmasının yeganə qolunu Roman Yaremçuk vurub.
Qrupun digər matçında Şimali İrlandiya öz meydanında Gürcüstanı qəbul edib. Tərəflər qolsuz heç-heçə ilə kifayətləniblər.
Şimali İrlandiya 8 xalla turnir cədvəlinə başçılıq edir. 7 xalı olan Macarıstan ikinci, 4 xala malik Ukrayna üçüncü yerdədir. Gürcüstan 2 xalla qrupda sonuncudur.