Operativ Məlumat Mərkəzi

Ukrayna kəşfiyyatçıları Krımda xüsusi əməliyyat keçirib - YENİLƏNİB

2 dəq
Paylaş:
Ukrayna kəşfiyyatçıları Krımda xüsusi əməliyyat keçirib - YENİLƏNİB
bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini nümayəndəsi Andrey Çernyak məlumat verib. Onun sözlərinə görə, xüsusi əməliyyatı Ukrayna...

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krım yarımadasında xüsusi əməliyyat keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini nümayəndəsi Andrey Çernyak məlumat verib.

Onun sözlərinə görə, xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri keçirib: “Əməliyyat Tarxankut burnu ərazisində, Mayak və Olenevka yaşayış məntəqələrində keçirilib. Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmənin itkiləri isə dəqiqləşdirilir”.

A.Çernyak bildirib ki, Ukrayna hərbçiləri tapşırığı uğurla yerinə yetirərək geri qayıdıblar: “Bu, reyd xarakterli əməliyyat idi. Biz göstərdik ki, Ukrayna ordusunun şəxsi heyəti üçün Krım tamamilə əlçatandır”.

12:39***

Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar, xüsusi əməliyyat keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, kəşfiyyatçılar Tarxankut burnunda keçirilməsi nəzərdə tutulan xüsusi əməliyyat çərçivəsində yarımadaya daxil olublar: “Artıq kəşfiyyatçılarımız bütün tapşırıqları yerinə yetiriblər. Düşmənin itkiləri barədə məlumat dəqiqləşdirilir”.

A.Yusov həmçinin əməliyyatın davam etdiyini vurğulayıb: "Ukrayna ordusunun şəxsi heyəti arasında itki yoxdur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər