Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəsmi nümayəndəsi Andrey Yusov bildirib ki, Dnestryanıdakı hərbi hissəyə hücumla ölkə ordusunun heç bir əlaqəsi yoxdur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Public News” nəşri yazıb.
Yusovun sözlərinə görə, Ukrayna tərəfi bu obyektə hücumlarda iştirak etmir. O, Kiyevin bu cür xırda təxribatlara “qiymətli pilotsuz təyyarələri sərf etməyəcəyini” vurğulayıb.