Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukrayna 2026-cı ildə milyardlarla dollarlıq hərbi məhsul ixrac etməyi planlaşdırır

2 dəq
Paylaş:
Ukrayna 2026-cı ildə milyardlarla dollarlıq hərbi məhsul ixrac etməyi planlaşdırır

bu il xarici bazarlara bir neçə milyard dəyərində hərbi texnika və xidmət edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Milli Şurası katibinin müavini David Aloyan "Reuters" agentliyinə verdiyi eksklüziv müsahibədə bildirib.

Aloyanın sözlərinə görə, müharibə dövründə ixrac lisenziyaları ilə məşğul olan dövlət komissiyası müdafiə sənayesi istehsalçılarının 40 müraciətinin böyük hissəsini artıq təsdiqləyib.

Bu müraciətlər hərbi texnika, ehtiyat hissələri, komponentlər və müvafiq xidmətləri əhatə edir.

"Hazır məhsulları, ehtiyat hissələrini və göstərilə biləcək xidmətləri nəzərə alsaq, söhbət bir neçə milyard dollardan gedir" - deyə o qeyd edib.

Ukrayna rəsmisi vurğulayıb ki, ölkənin hərbi ixrac potensialı müharibədən əvvəlki göstəricilərdən əhəmiyyətli dərəcədə yüksəkdir.

Bununla belə, daxili hərbi ehtiyaclar mütləq prioritet olaraq qalır. İxrac prosesində əsas üstünlük Ukraynanın ən yaxın müttəfiqlərinə veriləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2026-cı ilin əvvəlində Almaniyada istehsal olunan ilk Ukrayna PUA-ları təhvil veriləcək. O, həmçinin "Munich Security Conference" çərçivəsində birgə istehsal və ixrac məsələlərini müzakirə edəcəyini vurğulayıb. 2026-cı ilin sonuna qədər Avropa boyu 10 silah ixrac mərkəzinin açılması planlaşdırılır.

Hazırda Ukraynada 1000-dən çox hərbi texnika istehsalçısı fəaliyyət göstərir ki, onların da əksəriyyəti müharibə başladıqdan sonra yaradılmış özəl şirkətlərdir. "Kyiv School of Economics"in məlumatına görə, Ukraynanın müdafiə sənayesi potensialı 55 milyard dolları ötür və 2028-ci ilə qədər bu rəqəmin daha da artacağı gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax