Böyük Britaniya Hörmüz boğazının blokadasını dəstəkləmədiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer "BBC Radio 5 Live"ə müsahibəsində danışıb.
O bildirib ki, London İranla bağlı hərbi qarşıdurmaya cəlb olunmaq niyyətində deyil və Hörmüz boğazının açıq qalması beynəlxalq ticarət üçün həyati əhəmiyyət daşıyır.
Starmer qeyd edib: “Mənim fikrimcə, boğazın tam şəkildə açılması çox vacibdir və bütün səylərimizi buna sərf etmişik”.
Baş nazir vurğulayıb ki, Böyük Britaniya regionda gərginliyin artmasının əleyhinədir və əsas prioritetlərdən biri əsas dəniz ticarət yolunun təhlükəsizliyinin təmin olunmasıdır.