Böyük Britaniyanın Müdafiə Nazirliyinin əməkdaşları son iki il ərzində 1000-dən çox mobil cihaz və noutbuku itirib.
xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, nəticədə dəyən zərərin 1,6 milyon funt sterlinqdən (təxminən 2,15 milyon dollar) çox olduğu bildirilir.
Qeyd olunub ki, 2024-cü ilin yanvarından 2026-cı ilin mart ayınadək nazirliyə məxsus 545 noutbuk və 744 mobil telefon itib və bu cihazların heç biri geri qaytarılmayıb.
Həmin cihazlardan 132 noutbuk və 36 mobil telefonun oğurlandığı, qalanlarının isə qurum əməkdaşları tərəfindən itirildiyi bildirilir.
Məlumata əsasən, itirilmiş cihazların yenilənməsi üçün təxminən 1,64 milyon funt sterlinq vəsait tələb olunacaq.
Hadisə ilə bağlı ölkənin müxalifət partiyaları Müdafiə Nazirliyində “təhlükəsizlik böhranı” yarandığını bəyan edərək, müdafiə naziri Con Hilini vəziyyəti nəzarət altına almağa çağırıblar.