Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İngiltərədə meşə yanğını təhlükəsi: Birdəfəlik manqalların satışı dayandırıla bilər

3 dəq
Paylaş:
İngiltərədə meşə yanğını təhlükəsi: Birdəfəlik manqalların satışı dayandırıla bilər

İngiltərədə və quraqlıq təhlükəsini ciddi şəkildə artırıb. Vəziyyətlə bağlı hökumət qurumlarının təcili iclas keçirdiyi və yanğın riskinin azaldılması üçün bir sıra tədbirlərin müzakirə edildiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, rəsmilər mağazaları istifadə üçün nəzərdə tutulan manqalların satışını müvəqqəti dayandırmağa çağırıblar. Hökumətin gələcəkdə yay aylarında bu məhsulların satışına tam qadağa qoyulması məsələsini də nəzərdən keçirdiyi bildirilir.

İngiltərənin Meteorologiya İdarəsi (“Met Office”) ekstremal istilərlə bağlı ikinci ən yüksək xəbərdarlıq səviyyəsini elan edib.

Proqnozlara əsasən, London da daxil olmaqla ölkənin cənub-şərq və mərkəzi hissələrində temperaturun 38 dərəcəyədək yüksələcəyi gözlənilir. Bu baş verərsə, cari yay mövsümünün ən yüksək göstəricisi qeydə alına bilər.

Yüksək temperatur və uzunmüddətli quraqlığın meşəlik ərazilərdə yanğınların daha sürətlə yayılması riskini artırdığı vurğulanır.

İngiltərə rəsmiləri daha əvvəl də birdəfəlik manqalların meşə və açıq ərazilərdə yanğınların yaranmasına səbəb ola biləcəyini bildiriblər.

Baş nazir və yanğınsöndürmə xidmətləri vətəndaşları xüsusilə isti və quraq hava şəraitində bu məhsullardan istifadə etməməyə çağırıb.

Qeyd edək ki, 2023-cü ildə yanğınsöndürmə xidmətləri ilə “British Retail Consortium” (BRC) arasında əldə olunan razılaşmaya əsasən, ekstremal yarandıqda və ya yerli hakimiyyət orqanları əsaslandırılmış tələb irəli sürdükdə, birdəfəlik manqalların satışının dayandırılması nəzərdə tutulub.

Hazırkı hava şəraitinin daha da kəskinləşəcəyi təqdirdə, İngiltərədə açıq ərazilərdə yanğın riskinin qarşısının alınması üçün əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax