Operativ Məlumat Mərkəzi

Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib - YENİLƏNİB

2 dəq
Paylaş:
Uitkoffun təyyarəsi "Vnukovo" hava limanına enib - YENİLƏNİB
“Flightradar24” xidmətinin məlumatına görə, Uitkoffun təyyarəsi Floridadan havaya qalxaraq Atlantik okeanını keçib, sonra Norveç, İsveç və Latviya...

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu təyyarə Moskvanın "Vnukovo" hava limanına enib.

***

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu təyyarə Rusiya hava məkanına daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Flightradar24” xidmətinin məlumatına görə, Uitkoffun təyyarəsi Floridadan havaya qalxaraq Atlantik okeanını keçib, sonra Norveç, İsveç və Latviya üzərindən keçib.

Moskva vaxtı ilə saat 10:00-a olan məlumata görə, təyyarə Tver vilayəti üzərində olub. Təyyarənin tezliklə Moskvaya enəcəyi bildirilib.

Qeyd edək ki, bu, Uitkoffun 2025-ci ilin fevralından bəri Rusiyaya dördüncü səfəri olacaq. Trampın xüsusi nümayəndəsi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda fəal iştirak edir.

Bundan əvvəl Amerika mediası Tramp administrasiyasının atəşkəslə bağlı yekun təklif hazırladığını yazmışdı. Həmin təklifə əsasən, ABŞ-ın Krım üzərində Rusiyanın nəzarətini tanıdığı güman olunur. Ukrayna belə şərtləri qəbul etməyəcəyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər