UEFA Rusiya klublarının avrokuboklara qayıtmasını qiymətləndirib

UEFA Rusiya klublarının avrokuboklara qayıtmasını qiymətləndirib
22.06.2023 12:50
Aa
dəq

"Rusiya komandalarının və millinin tezliklə rəsmi Avropa turnirlərinə qayıdacağına inanırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Futbol İttifaqının (RFS) Moskvadakı konfransında iştirak edən UEFA prezidenti Aleksander Çeferinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement deyib.

“UEFA 55 assosiasiyanı birləşdirir, bizim missiyamız bərabər inkişafdır. Biz futbolu inkişaf etdiririk, amma onu da qorumalıyıq. Pandemiya bir nümunə oldu ki, biz birləşsək, bütün maneələri dəf edəcəyik. İnanırıq ki, Rusiya komanda və klublarına Avropa komandalarına qarşı yarışmağa icazə veriləcək”, - deyə Kliment bildirib.

Həftənin ən çox oxunanları