Əsas məzmuna keç

UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb

UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb

UEFA ""ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovu iki cəzalandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.

Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.

O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.

Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.

Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Budyo Qlimt"in qonağı olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…