UEFA İrəvandakı təxribata görə Ermənistan Futbol Federasiyasına intizam işi açıb

UEFA İrəvandakı təxribata görə Ermənistan Futbol Federasiyasına intizam işi açıb
15.09.2023 09:25
Aa
dəq

UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda reallaşan Ermənistan - Xorvatiya oyununda baş verən hadisələr səbəb olub.

Qurum stadionda ictimai keçidlərin bağlanmasında, qarşılaşma ərzində siyasi və təxribat xarakterli mesajların verilməsində ittiham edilir.

Bundan əlavə, azarkeşlər sözügedən görüşdə protexniki vasitələrdən istifadə ediblər və matç nəzərdə tutulduğu vaxtdan gec başlayıb. Buna görə Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov da cəzalana bilər.

Qeyd edək ki, ermənilər sözügedən qarşılaşmada dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar. Oyun Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həftənin ən çox oxunanları

Rabio İngiltərə klublarına keçə bilər

Rabio İngiltərə klublarına keçə bilər
DAVAMIN OXU davamın oxu

"Fənərbaxça" "Qalatasaray"ın istədiyi futbolçunu transfer edib - FOTO

DAVAMIN OXU davamın oxu

Azərbaycan yığması Slovakiyaya məğlub olub

Azərbaycan yığması Slovakiyaya məğlub olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub
DAVAMIN OXU davamın oxu

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu