Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bavi qasırğası Çini vurdu: Təcili təxliyə başladı

1 dəq
Paylaş:
Bavi qasırğası Çini vurdu: Təcili təxliyə başladı

Çinin sahillərinə yaxınlaşan "" qaısrğası ilə əlaqədar ölkədə 1,8 milyondan çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qasırğa Yaponiyanın cənubundakı Sakişima adalarına güclü və şiddətli küləklə təsir göstərdikdən, həmçinin Tayvanın şimalı yaxınlığından keçdikdən sonra Çinin böyük şəhərlərindən olan Vençjou istiqamətində hərəkət edir.

Meteoroloqların məlumatına görə, "Bavi" getdikcə zəifləyir və sürəti azalır. Bununla belə, qasırğa hələ də ciddi təhlükə yaradır. Buna səbəb onun daşıdığı böyük həcmdə rütubət və geniş yağış zolaqlarıdır. Bildirilir ki, qasırğanın yağış buludları ölçü baxımından təxminən Fransa ərazisi qədərdir.

Yerli hakimiyyət orqanları mümkün daşqınlar, torpaq sürüşmələri və güclü küləklərlə bağlı əhaliyə xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax