Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını müsbət qiymətləndirdi

2 dəq
Paylaş:
Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını müsbət qiymətləndirdi

Xarici İşlər Nazirliyi ABŞ-nin Suriyanı “terrorizmə edən ” siyahısından çıxarmaq qərarını məmnunluqla qarşılayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyə XİN-in yaydığı bəyanatda bu qərarın qəbul edilməsində iradə nümayiş etdirən ABŞ rəhbərliyinin və prosesə dəstək verən ABŞ Konqresinin konstruktiv mövqeyi yüksək qiymətləndirilib.

Ankara həmçinin Suriya hökuməti və xalqının nümayiş etdirdiyi qətiyyətli mövqeyi təqdir edib.

Türkiyə hesab edir ki, uzun müddətdir dəstəklənən bu qərar Suriyanın iqtisadi dirçəlişi və yenidən qurulması qarşısındakı əsas maneələrdən birini aradan qaldırır.

Bəyanatda qeyd olunub ki, qərar Suriyanın ictimaiyyətlə əlaqələrinin möhkəmlənməsinə, həmçinin ölkədə və sabitliyin davamlı şəkildə təmin olunmasına yönəlmiş səylərə mühüm töhfə verəcək.

Türkiyə beynəlxalq ictimaiyyəti Suriyanın rifahı naminə səyləri birləşdirməyə çağırıb. Ankara həmçinin bu prosesi təhlükə altına alan təcavüzkar hərəkətlərə son qoyulmasının və bütün tərəflərin üzərinə düşən məsuliyyəti yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə