Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə ABŞ-nin Ukraynaya silah planından xəbərsizdir

2 dəq
Paylaş:
Türkiyə ABŞ-nin Ukraynaya silah planından xəbərsizdir

Türkiyə hökuməti ABŞ-nin Ukraynaya ilə bağlı planlarında vasitəçi kimi çıxış etməsi barədə məlumatları təkzib edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ankaranın bu istiqamətdə hər hansı plan və ya razılaşmadan xəbərsiz olduğunu bildirib.

Məlumata görə, rəsmi Ankara Departamentinin məsələ ilə bağlı niyyətləri barədə heç bir məlumata sahib olmadığını açıqlayıb. Hökumət rəsmisi bu məsələyə dair sualların birbaşa ABŞ tərəfinə ünvanlanmasının daha məqsədəuyğun olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Konqresinin sənədlərinə istinadən Dövlət Departamentinin Ukraynaya “ATACMS” ballistik raketləri və “MLRS” reaktiv yaylım atəşi sistemlərinin Türkiyə vasitəsilə göndərilməsini təsdiqlədiyi barədə məlumatlar yayılıb.

Həmin sənədlərdə Ukraynaya göndərilməsi nəzərdə tutulan silah-sursat arasında 2 524 ədəd “M26” tipli kasetli döyüş sursatı və 47 min ədəd “M509A1” tipli 203 millimetrlik mərminin olduğu iddia edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax