Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib
15.04.2024 19:41
Aa
dəq

2024-cü ilin yanvar-fevral aylarında Türkiyəyə 4,3 milyondan çox əcnəbi turist gəlib. Onların arasında sayca ilk sırada İran, Rusiya və Bolqarıstan vətəndaşları olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumat Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Turizm Həftəsi” çərçivəsində açıqladığı hesabatda yer alıb.

Nazirliyin məlumatına əsasən, cari ilin ilk iki ayının turist sayı göstəricisı keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.

Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəni 3,8 milyon əcnəbi turist ziyarət etmişdi. Ümumilikdə isə, ötən il ərzində qardaş ölkəyə turizm məqsədilə 56 milyon 693 min nəfər daxil olmuşdu.

Onlardan 49 milyonu əcnəbilər, 7,4 milyonu isə digər dövlətlərdə yaşayan Türkiyə vətəndaşları idi.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyəyə İrandan 437 min 905, Rusiyadan 433 min 654, Bolqarıstandan isə 345 min 301 turistin gəldiyi bildirilir. İlk beş ölkə sırasına, həmçinin Almaniya və Gürcüstan daxildir.

Xarici turistlərin ən çox maraq göstərdiyi yerlər İstanbul şəhəri, Edirne, Antalya, Artvin və Ağrı vilayətləri olub.

Həftənin ən çox oxunanları

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb

İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
DAVAMIN OXU davamın oxu

Seysmoloq İstanbulda 7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb

Seysmoloq İstanbulda 7,6 bal gücündə zəlzələ olacağını proqnozlaşdırıb
DAVAMIN OXU davamın oxu

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək

İran Hörmüz boğazında saxlanılan gəminin heyətini azad edəcək
DAVAMIN OXU davamın oxu

Ərdoğan Niderland Baş naziri ilə görüşüb

Ərdoğan Niderland Baş naziri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib
DAVAMIN OXU davamın oxu