Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pilotsuz döyüş təyyarəsi "Kızılelma"nın 2024-cü ildə kütləvi istehsalına başlanılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, "Kızılelma"nın 2025-ci ildə TCG Anadolu dron gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" 100% öz kapitalı ilə 2021-ci ildə istehsal edilib. "Bayraktar Kızılelma"nın 14 dekabr 2022-ci ildə ilk uçuşu, 23 yanvar 2023-cü il tarixində isə ikinci uçuşu uğurla tamamlanıb.