Əsas məzmuna keç

Türkiyənin hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib

Türkiyənin hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib

Ankarada törədilən terror aktından sonra Türkiyənin bütün hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib. Bu barədə "Hürriyet" qəzeti məlumat...

Ankarada aktından sonra Türkiyənin bütün hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" qəzeti məlumat yayıb.

“Ankarada törədilən terror aktından sonra Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib. Terror qruplaşmalarının hava limanlarında terror aktları törətmək planları ilə əlaqədar təhlükə səviyyəsi “narıncı” səviyyəyə yüksəldilib”, – yazıb.

Hava limanlarının ərazisinə daxil olan avtomobillər və sərnişinlərin sənədləri diqqətlə yoxlanılır.

Sabiha Gökçen sərnişinləri hava limanında əlavə yoxlamaların aparılması barədə xəbərdar edib və onları uçuşdan ən azı üç saat əvvəl terminala gəlməyə çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…