Operativ Məlumat Mərkəzi

Türkiyəli ekspert: “Ərdoğan seçkilərin ikinci turunda inamlı qələbə qazanacaq”

2 dəq
Paylaş:
Türkiyəli ekspert: “Ərdoğan seçkilərin ikinci turunda inamlı qələbə qazanacaq”

"Cümhur İttifaqı"nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin ikinci turunda seçicilərin 53 faizdən çoxunun səsini toplayaraq qalib gələcək".

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən ictimai rəyin öyrənilməsi üzrə "Optimpar" şirkətinin rəhbəri Hilmi Taşdemir deyib.

Onun fikrincə, müxalifət seçkilərdə öz imkanlarını həddən artıq yüksək qiymətləndirib, bir çoxu cəmiyyət tərəfindən qəbul edilməyən şüarlarla çıxış edib: "Nəticədə müxalifət nəinki prezident seçkilərində geri qaldı, hətta parlamentdə də səs çoxluğu qazana bilmədi".

Bu xəbəri paylaş

Oxşar xəbərlər