Türkiyədə "Twitter" sosial şəbəkəsinə girişdə problem ortaya çıxıb.
"Operativ Məlumat Mərkəzi - OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, istifadəçilər "Twitter"ə daxil ola bilmir.
Bununla bağlı hələlik rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra bu sosial şəbəkədə yardımların koordinasiyası həyata keçirilirdi və köməksiz vəziyyətdə qalanların elanları ictimailəşdirilirdi. Bu baxımdan problem zəlzələnin fəsadlarının aradan qaldırılması prosesinə mənfi təsir göstərir.