Türkiyənin Şırnak bölgəsində Cudi dağı ətəyində jandarm qüvvələri tərəfindən həyata keçirilən “Gürz-12” antiterror əməliyyatı nəticəsində terror qruplaşmasının silah-sursat deposu kimi istifadə etdiyi mağara məhv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə paylaşıb.
Məlumata görə, əməliyyat nəticəsində 753 qumbaraatan, min qumbaraatan qoruyucu, iki min elektrik qoruyucusu, 11 “AK-47”markalı avtomat, 5 “Dragunov” snayperi, 3 “RPG-7” reaktiv yaylım atəşi, 2 “PKM” pulemyotu, 60 mm-lik minaatan, 2 kiloqramdan artıq partlayıcı materialları ələ keçirilib, mağara isə məhv edilib.