Türkiyədə qurulan şirkətlərin sayı mart ayında bir əvvəlki ayla müqayisədə yüzdə 19,5 artaraq 11 min 319-a, bağlanan şirkətlərin sayı isə yüzdə 23,2 artaraq 1451-ə çatıb.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir.
Mart ayında qurulan şirkətlərin sayı fevral ayına nisbətən yüzdə 19,5 artaraq 9 min 473-dən 11 min 319-a yüksəlib.
Eyni dövrdə bağlanan şirkətlərin sayı isə yüzdə 23,2 artaraq 1451-ə yüksəlib. Fevralda 1178 şirkət bağlanıb.
Ötən ilin eyni ayı ilə müqayisədə mart ayında qurulan şirkətlərin sayı 1,2 faiz, bağlanan şirkətlərin sayı isə 6,7 faiz artıb.