Türkiyədə terror təşkilatı PKK/KCK-nın "HDK" strukturuna qarşı mərkəzi İstanbul olan 9 vilayətdə əməliyyat keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Haqqında həbs qərarı çıxarılan 60 şübhəli arasında bəzi siyasi partiya üzvləri və rəhbər şəxslərin də olduğu öyrənilib.
Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material ələ keçirilib. 8 şübhəlinin axtarışda olduğu bildirilib.