Operativ Məlumat Mərkəzi

Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

1 dəq
Paylaş:
Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nəticələri mayın 30-da ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener elan edib.

Onun sözlərinə görə, hakim Ədalət və İnkiişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq.

Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri mayın 14-də keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər