Operativ Məlumat Mərkəzi

Türkiyədə növbəti əsir mübadiləsi olacaq

2 dəq
Paylaş:
Türkiyədə növbəti əsir mübadiləsi olacaq

Qəzzada daimi atəşkəs və girov mübadiləsi üçün aparılan danışıqların bəzi təfərrüatları ortaya çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, son 2,5 ayda intensivləşən danışıqlar prosesində HƏMAS-ın konstruktiv mövqe sərgilədiyi və prosesin müsbət istiqamətdə irəlilədiyi bildirilir.

Təhlükəsizlik mənbələri Türkiyənin bu mərhələdə xüsusi rol oynadığını vurğulayıb və əsir mübadiləsinin məhz Ankarada keçiriləcəyini bildirib.

Məlumata görə, İsrail ilə HƏMAS arasında daimi atəşkəs və girov mübadiləsi üçün aparılan danışıqlarla bağlı hazırlanan mətn artıq son mərhələyə çatıb.

Hələlik dəqiqləşdirilməmiş mətnə əsasən, tərəflər arasında danışıqlar HƏMAS-ın əlində olan hər girov üçün 12 fələstinli məhbusun azad edilməsinə əsaslanır.

Danışıqların əsas mövzusu İsrailin öz həbsxanalarında olan fələstinli məhbusları necə və hansı əsaslarla azad edəcəyidir. 30 ildən az həbs cəzası alanların azadlığa buraxılmasına razılıq verən İsrail, bu müddətdən artıq cəza çəkənlərin azadlığa buraxılmasının öz ixtiyarında olmasını istəyir.

Fələstinin Fəth Hərəkatının simvolik liderlərindən biri olan Mərvan Barquti də daxil olmaqla, təxminən 50 nəfər İsrail həbsxanalarında 30 ildən çox cəza çəkir. İsrail bu adlar üzərində veto hüququ tələb edir.

HƏMAS-da təxminən 120 israilli girov olduğu təxmin edilir. Həmin girovların Qəzzada İsrailə qarşı döyüşən digər qruplaşmalar tərəfindən də saxlanıldığı deyilib.

Həmçinin ABŞ, Qətər və Misirin də cəhdləri nəticəsində yaxın günlərdə müzakirələrin nəticə verəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər