Operativ Məlumat Mərkəzi

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, altı nəfər ölüb - YENİLƏNİB-2

2 dəq
Paylaş:
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, biri general olmaqla, altı nəfər ölüb - YENİLƏNİB-2
bu barədə "CNN Türk" məlumat yayıb. Məlumata görə, həlak olanlardan biri təlim komandiridir. Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə...

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.

“Operativ Məlumat Mərkəz-OMM"-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı başsağlığı mətnində deyilir.

"İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən əməkdaşımızı xilas etmək mümkün olmayıb. O, şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı diləyirik", - məlumatda vurğulanıb.

Qeyd edək ki, helikopterdə şəhid olan hərbçilərdən biri İsparta Quru Aviasiya Məktəbinin komandiri general-mayor İsa Baydillidir.

***

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata görə, həlak olanlardan biri təlim komandiridir.

Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.

***

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "CNN Türk"ə istinadən xəbər verir ki, qəza ölkənin İsparta vilayətinin Keçiborlu rayonunda qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub.

Qəza nəticəsində 4 nəfər həlak olub.

Digər ekipaj üzvlərinin axtarışı davam edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər