Operativ Məlumat Mərkəzi

Təyyarədə 20 hərbçinin həlak olduğu təsdiqləndi

1 dəq
Paylaş:
Təyyarədə 20 hərbçinin həlak olduğu təsdiqləndi

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində 20 hərbi qulluqçunun şəhid olduğu təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə Mİlli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Qəhrəman silahdaşlarımız, Azərbaycandan ölkəmizə gəlmək üçün havaya qalxan C-130 hərbi yük təyyarəmizin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində 11 noyabr 2025-ci il tarixində şəhid olublar. Qəhrəman şəhidlərimizə şəxsən öz adımdan və Milli Müdafiə Nazirliyinin bütün əməkdaşları adından Allahdan rəhmət, kədərli ailələrinə və uca millətimizə səbir və başsağlığı diləyirəm. Sizi torpağa deyil, qəlbimizə gömdük... Vətən sizə minnətdardır. ”, - açıqlamada deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər