"Türk Hava Yolları" aviaşirkəti hava şəraiti səbəbindən Antalya hava limanına gedən və gələn 11 reysin ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Fəlakətlərin aradan qaldırılması İdarəsi də (AFAD) nəqliyyatdakı mümkün fasilələr və digər pis hava nəticələri barədə xəbərdarlıq edib.
Aviaşirkət həmçinin sərnişinlərinə meteoroloji şəraitdən asılı olaraq uçuşların mümkün ləğvi barədə xəbərdarlıq edib.