Operativ Məlumat Mərkəzi

Türkiyədə güclü zəlzələ nəticəsində zərərçəkmişlərin sayı 249-a çatıb

1 dəq
Paylaş:
Türkiyədə güclü zəlzələ nəticəsində zərərçəkmişlərin sayı 249-a çatıb
bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, Malatyada 55, Elazığda 111, Şanlıurfada 37, Diyarbakırda 19, Adıyamanda...

Türkiyədə oktyabrın 16-da baş vermiş güclü zəlzələ nəticəsində zərərçəkmişlərin sayı 249 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, Malatyada 55, Elazığda 111, Şanlıurfada 37, Diyarbakırda 19, Adıyamanda 18, Erzincanda 6 və Kahramanmaraşta 3 nəfər təbii fəlakətdən zərər çəkib. Onlardan 11-nin müalicəsi davam edir.

Qeyd edək ki, Türkiyədə oktyabrın 16-da 5.9 maqnitudalı zəlzələ olub. Hadisə nəticəsində Türkiyənin iki vilayətində 550-dən çox binaya ziyan dəyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər