Operativ Məlumat Mərkəzi

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə edilib

1 dəq
Paylaş:
Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə edilib
bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, 81 vilayəti əhatə edən “Mercek-23” əməliyyatı beş gün davam edib....

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 81 vilayəti əhatə edən “Mercek-23” əməliyyatı beş gün davam edib.

Əməliyyat nəticəsində ümumilikdə 2269 silah, o cümlədən, 1289 sənədsiz tapança, 387 işlək vəziyyətə gətirilmiş tapança, 32 uzun lüləli tüfəng, 561 sənədsiz ov tüfəngi müsadirə olunub. 2439 şübhəli haqqında hüquqi prosedurlar icra edilib, şübhəlilərdən 127-si saxlanılıb.

Qeyd olunub ki, ən çox qanunsuz silah İstanbulda ələ keçirilib.

A.Yerlikaya sənədsiz silah saxlayanlara qarşı əməliyyatların davam edəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər