Əsas məzmuna keç

Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

Türkiyədə bir neçə sosial şəbəkəyə giriş məhdudlaşdırılıb

Türkiyədə İstanbul meri İmamoğlunun saxlanılmasından sonra bir neçə sosial şəbəkəyə - “X”, “Youtube”, “TikTok” və “Instagram”a məhdudlaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NetBlocks” monitorinq resursu məlumat yayıb.

Məlumata görə, Ə.İmamoğlu saxlanılmazdan əvvəl video paylaşıb və orada mübarizəsini davam etdirəcəyini deyib.

Qeyd edək ki, onu korrupsiyaya qarşı aparılan istintaq çərçivəsində saxlayıblar.

İddia olunur ki, Ə.İmamoğluna yaxın olan bəzi bələdiyyə məmurları "İstanbul bələdiyyəsi ilə əlaqəli olan “Medya A.Ş.” və “Kültür A.Ş.” şirkətlərinə xidmətlərin alınması üçün yüksək qiymətlər təklif ediblər. Prokurorluğun fikrincə, bu şirkətlər real dəyərindən çox yüksək qiymətlərlə sifarişlər alıblar. Eyni zamanda, və rüşvət halları da müzakirə olunur.

Baş Prokurorluq ona və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamları irəli sürüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…