Əsas məzmuna keç

Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5...

Türkiyədə Azərbaycanın xüsusi təyinatlılarının iştirak etdiyi “ Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır.

Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir.

Qeyd edək ki, və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…