Türkiyənin cənub-şərqində, Kahramanmaraş vilayətində 4,1 maqnitudalı zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Türkiyə Respublikası Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat verib.
Yeraltı təkanlar Nurhak rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 6,97 km dərinlikdə yerləşib.
Zəlzələnin fəsadları barədə məlumat yoxdur.