Əsas məzmuna keç

Türkiyə XİN İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat verib

Türkiyə XİN İsrailin İrana raket zərbələri ilə bağlı bəyanat verib

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İrana zərbələri ilə bağlı bəyanat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bəyanatda İsrailin genişmiqyaslı müharibənin astanasına gətirdiyi, rəsmi Təl-Əvivin bu kimi addımlara son qoyması üçün beynəlxalq ictimaiyyətin səyləri artırmalı olduğu qeyd edilib.

XİN-dən o da qeyd edilib ki, rəsmi Ankara regionda növbəti müharibə ocağının yaranması, eləcə də qanunsuzluğun hökm sürməsinin əleyhinədir.

Qurum həm region dövlətləri, həm də xarici aktorları Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa çağırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…