Rusiya taxıl sazişinə qayıdarsa, Türkiyə sənədin müddətini 12 ay uzatmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı taxıl sazişi ilə bağlı razılaşma əldə olunmasa, dünyanın qarşılaşacağı problemləri yada salıb.
Bununla belə, Rusiyanın taxıl sazişinə qayıtmaq tələblərini təmin etmək üçün Ankaranın hansı addımları atmaq niyyətində olduğu açıqlanmayıb.