Əsas məzmuna keç

Türkiyə tankeri Hörmüz boğazını keçdi

Türkiyə tankeri Hörmüz boğazını keçdi

İraqdan Malayziyaya xam neft daşıyan gəmi su yolunu aşdı. Nazir Abdulkadir Uraloğlu 156 heyət üzvü və körfəzdəki digər tankerlərlə bağlı son vəziyyəti açıqladı.

en ru

Türkiyəyə məxsus xam dünən gecə boğazını təhlükəsiz şəkildə keçərək İraqdan Malayziyaya doğru hərəkətini davam etdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin və infrastruktur naziri Abdulkadir Uraloğlu rəsmi "X" hesabında məlumat yayıb. Nazir bildirib ki, bununla da müharibə başlayandan bəri körfəzdə gözləyən Türkiyəyə məxsus 3-cü tanker də Hörmüz boğazından problemsiz keçiş edib.

"Bu keçiddən sonra Hörmüz boğazı ətrafında olan Türkiyəyə məxsus tankerlərin sayı 12, bölgədən çıxış üçün müraciət edən gəmilərin sayı isə 8 olub", - deyə nazir qeyd edib.

A.Uraloğlu onu da əlavə edib ki, hazırda bölgədən ayrılmaq istəyən 8 gəmi və onlarda xidmət edən 156 üzvünün təhlükəsiz hərəkəti üçün müvafiq işlər fasiləsiz olaraq davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…