Əsas məzmuna keç

Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb

, , və İran nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov, Feysəl əl-Mikdad və Hüseyn Abdullahian arasında mayın 10-da Moskvada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, M.Çavuşoğlu tviterdə yazıb ki, həmkarları ilə terrorla mübarizə sahəsindəki əməkdaşlıq, Türkiyədəki suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunmasını müzakirə ediblər.

Qeyd edək ki, bu gün Moskvada dörd ölkənin XİN başçıları arasında görüş keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…